Facebook daha bir yenilik edir!
10 Aprel 2014 16:40 (UTC+04:00)
"Facebook"un mobil platformalarda edəcəyi yeni dəyişiklik çox
istifadəçini hirsləndirə bilər. Bu dəfə Facebook, istifadəçilərin
ən çox istifadə etdiyi xüsusi mesajlaşma xüsusiyyətini Facebook
tətbiqindən qaldırmağı planlaşdırır. Movqe.Az xəbər verir ki,
İstifadəçilər bunun əvəzinə artıq Facebook Messenger tətbiqini
qurmaq məcburiyyətində qalacaq. Bu tətbiqi istifadə etməyənlər isə
bu xüsusiyyətdən faydalana bilməyəcək. "Facebook"un veb dizaynında
bu mövzuda dəyişiklik olmasa da, Android, Windows Phone və iOS
platformalarında tezliklə bu dəyişikliyə keçiləcək. Facebook, bu
hücumla Facebook Messenger istifadəsini artırmağı və xüsusi mesaj
xüsusiyyətini ayrı bir tətbiq olaraq nümayiş etməyi düşünür.