Rəqsanə: “Özümə baxanda utanıram”

11 Aprel 2014 19:31 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova şou-biznesin qalmaqallarından uzaqlaşıb. 


Axşam.az-ın məlumatına görə, sənətçi "Şoubiz" verilişindəki açıqlamasında köhnə süjetlərinə baxanda çox utandığını deyib:


"Şou-biznesdən getdim. Nə yaxşı ki, bunu etdim. Gərək vaxtında qalmaqallara fikir verməyəydim. İndi o kadrlarda özümə baxanda utanıram. Çox biabırçı görünür. Ayıbdı, qalmaqallar etməyin. Tamaşaçı da bundan yorulub. Bu qədər də olmaz axı..."