Məşhur aktyorun barmaqları kəsilə bilər (FOTO)

12 Aprel 2014 12:06 (UTC+04:00)
Yanvarın 17-dən bəri xəstəxanada müalicə olunan türkiyəli aktyor Nejat İşlerin yeni fotosu yayılıb.Movqe.az ans press-ə istinadən bildirir ki, İşlerin xəstəxananın koridorunda çəkilmiş şəkil sosial şəbəkələrdə paylaşılıb. Şəkildə Nejat İşlerin sağ əlində qara əlcək olduğu görünür. Məlumata görə, müalicə prosesi ilə əlaqədar aktyorun barmaqlarında göyərmələr yaranıb. 

Nejat İşlerin meneceri bildirib ki, daha əvvəl də aktyorun ayaqlarında belə bir problem olub və barmaqların kəsilməməsi üçün müalicəyə başlayıblar. 

"Ayaqlarında da eyni vəziyyət olmuşdu. İndi əl barmaqları da göyərib. Müalicə başlanıb. Müalicə prosesinin yaxşı keçəcəyini ümid edirəm. Müalicədən sonra barmaqları kəsilməkdən xilas olacaq".