Azərbaycanlı idmançılara yenə dopinq şoku
12 Aprel 2014 15:09 (UTC+04:00)
Azərbaycanın daha 9 ağırlıqqaldıranı
cəzalandırılıb.
Movqe.az Lent.az-a istinadən bildirir ki, bu
barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar
çıxarıb.
Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri
Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan
Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Dopinq-test
nəticəsində Əlizuluzadə, Derkaç, Dudoqlodan
dehidrometiltestosteron, Yovudan oksandrolon, Quliyev, Nəbiyev və
Rəhimovdan oksandrolon və dehidrometiltestosteron, Varlamovadan
dehidrometiltestosteron və stanozolol, Manaqadzedən oksandrolon,
dehidrometiltestosteron və stanozolol aşkarlanıb. Onların hamısı 2
il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı
ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb.
Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız -
Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran
İsmayılov, Alyona Kiriyenko, Mərziyə Məhərrəmova, Kseniya
Vişnitskaya, İntiqam Zairova və Zülfiqar Süleymanov cəzalandırılıb.
Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük,
qalanları isə 2 il müddətinə diskvalifikasiya edilib.