Putinin xəbərdarlığı Obamanı əsəbiləşdirdi

13 Aprel 2014 18:07 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin ödənilməmiş mavi qaz borcları səbəbiylə avropalı liderlərə yazdığı xəbərdarlıq məktubuna ABŞ prezidenti Barak Obama sərt reaksiya verib.

 

Movqe.az axa.az-a istinadən xəbər verir ki,  ABŞ Ukraynaya təzyiq etdiyi üçün Rusiyanı günahlandırıb.

 

Putin 18 Avropa ölkəsinin liderinə göndərdiyi məktubda Ukrayna iqtisadiyyatını böhrandan çıxarmaq üçün təcili olaraq danışıqların başlanmasını istəyərək, yaranmış mavi qaz borclarına görə Rusiyanın səbrinin tükəndiyini qeyd edib.


ABŞ prezidenti Barak Obama Almaniya Baş naziri Angela Merkellə telefon danışığında təcili olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə ehtiyac olduğunu bəyan edib.  


Qeyd edək ki, Rusiyanın Ukraynaya verdiyi mavi qazı kəsməsi, Avropa ölkələrində qazın da azalmasına səbəb olmuşdu.