Azərbaycanda iki qardaşın başını kəsdilər

14 Aprel 2014 13:36 (UTC+04:00)
Qax rayonunda iki kişi meyiti tapılıb. Qax rayon Polis İdarəsinin müstəntiqi İlqar Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, qətlə yetirilənlər qardaşdırlar. Bunlar 1960-cı təvəllüdlü Rostyaşvili Besaryon və 1956-cı il təvəllüdlü Rostyaşvili İyase İsakoyeviç qardaşlarıdırlar. Qardaşların boğazları kəsilən meyiti yaşadıqları evdə aşkarlanıb. Öldürülənlər tək yaşayırlarmış. Onların meyitləri hər birinin öz evində qohumları tərəfindən aşkarlanıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Faktla bağlı araşdırma aparılır.