Koroğlu metrosuna gedən yol bağlanacaq

14 Aprel 2014 16:13 (UTC+04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. 

NİİM-in saytında verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Əsas yolda (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.