Kadırov Sevastopolda məscid tikdirəcək

16 Aprel 2014 12:40 (UTC+04:00)

Çeçenistan dövlət başçısı Ramzan Kadırov Sevastopolda məscid tikdirməyə söz verib.
Anspress-in məlumumatına görə, Rusiya qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fond Sevastopolda məscid tikəcək və köhnə məscidi təmir etdirəcək. "Sevastopolda yerli müsəlman cəmiyyəti köhnə məscidin təmir etdirilməsi ilə bağlı müraciət edib. Əhməd Kadırov adına RİF-un prezidenti Aymani Nesiyevna bu xahişin yerinə yetirilməsi haqqında qərar verib. Bundan başqa, şəhərə hədiyyə olaraq Sevastopolda gözəl məscid də tikiləcək", - deyə Kadırov özünün İnstagram sosial şəbəkəsindəki hesabında bildirib.