Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera
ifaçısı Oya Ergün Rəşid Behbudovun mahnılarından ibarət albom
hazırlayıb. Oya Ergünün APA-ya verdiyi məlumata görə, albom
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin
ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanıb:
"Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz Rəşid
Behbudovun mahnılardan ibarət yeni albomum artıq hazırdır. Bu
alboma ürək qoydum, əziyyətimiz çox oldu, amma sevinirəm ki, ərsəyə
gətirə bildik. İnşallah, bu yaxınlarda təqdimat keçirəcəyəm.
Düşünürəm ki, musiqisevərlər albomdan məmnun qalacaqlar. Biz
bu albomun yüksək keyfiyyətdə çıxması üçün əlimizdən gələn etdik.
Rəşid Behbudovun mahnılardan ibarət albom hazırlamaq asanda iş
deyildi. Əslində bu, çox böyük məsuliyyətdir".
Oya Ergün bildirib ki, albom Azərbaycanda və Türkiyədə təqdim
olunacaq.
Qeyd edək ki, albomda Rəşid Behbudovun ifa etdiyi 12 mahnı yer alıb.