"Oskar"dan soyuducu oğurlandı

16 Aprel 2014 16:45 (UTC+04:00)

Xaçmazda soyuducu oğrusu tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə rayonun Seyidli kəndinin ərazisində baş verib. Rayon sakini Toğrul Məhərrəmov və İlqar adlı şəxs "Oskar" restoranından soyuducu oğurlamağa cəhd göstəriblər. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Məhərrəmov tutulub. İlqar adlı şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirilir.