Kürdəmir rayonuna yeni icra başçısı təyin edildi

16 Aprel 2014 18:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev C.F.Cəfərovun Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".