Cəbhədə gərginlik: ermənilər mövqelərimizi atəşə tuturlar
17 Aprel 2014 10:16 (UTC+04:00)
Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub. Müdafiə Nazirliyinin mətbuat
xidmətindən Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə
pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə
Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd
rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən
Tovuz rayonunun Əlibəyli və Qazax rayonunun Qaymaqlı kəndlərində
yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Horadiz, Ağdam rayonunun Sarıcalı,
Novruzlu, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun
Mehdili, Xocavənd Kuropatkino və Goranboy rayonunun Tapqaraqoyunlu
kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.