"Ulduz" diktator reklam qəhrəmanına çevrildi

17 Aprel 2014 13:20 (UTC+04:00)
London ətrafında yerləşən bərbərxanalardan birinin meneceri öz müəssisəsinin reklamı üçün Şimali Koreya lideri Kim Çen Inın obrazını istifadə etməyə qərar verib. Anspress-in məlumatına görə, 2014-cü ilin əvvəlindən o, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibinin gülümsəyən şəklini öz salonunun vitrininə yerləşdirib və üzərinə reklam şüarı da yerləşdirib. Şüarda deyilir: "Saçın pis vəziyyətdədir? Aprel ayında kişi saç düzümlərinə 15 faiz endirim var". 
Bu, Şimali Koreyanın səfirliyinin əməkdaşlarını narahat edib və onlar bir neçə gün əvvəl kişiyə baş çəkiblər. Onlar bərbərxananın sahibi Mo Nabbahı çağırıblar və reklam plakatını düşürməyi xahiş ediblər. "Mən onlara bildirdim ki, bura Şimali Koreya deyil, Böyük Britaniyadır", - deyə Nabbah jurnalistlərə bildirib.