Nyu Yorkda müsəlmanlar artıq şərlənməyəcək

17 Aprel 2014 18:44 (UTC+04:00)
ABŞ-da Nyu York Polis Təşkilatı (NYPD), 11 Sentyabr hücumlarının ardınca qurulan və müsəlmanları izləməyə istiqamətli çalışan kəşfiyyat vahidinin işini ləğv edib. Nyu York Polis Təşkilatının yeni şefi Uilliam Bratton, vəzifəyə gələn kimi Müsəlmanların yaşadığı, çalışdığı, alver etdiyi və ibadət etdiyi yerlərdən toplanan məlumatlar vasitəsilə casusluq etdiyi səbəbiylə tənqid olunan Demoqrafiya Birliyini ləğv edib. CIA-dan da dəstək alan vahidin, indiyə qədər günahsız insanlar haqqında yığdığı məlumatların aqibəti isə maraq mövzusu olub.