Oqtay Şirəliyevdən yeni təyinat

17 Aprel 2014 14:31 (UTC+04:00)

Azərbaycan səhiyyə sistemində ciddi kadr dəyişikliyi həyata keçirilib.  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında bildirib ki, Bakı Sağlamlıq Mərkəzinə direktor təyin olunub.  Bakı Sağlamlıq Mərkəzinə direktoru vəzifəsinə Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov təyinat alıb. Hazırda Bakı Sağlamlıq Mərkəzinin rəhbər və işçi kadrlarının formalaşması prosesi davam edir.  Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub.  

Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsinə isə hələlik təyinat olmayıb.