Bakıda avtomobildən tapança aşkar edilib

17 Aprel 2014 15:03 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Bünyad Sərdarov küçəsində qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Azər Ömərov xidmət aparan zaman Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Telman oğlu Məmmədovun idarə etdiyi 90-SU-073 dövlət nömrə nişanlı avtomobili qayda pozduğuna görə saxlayıb. Avtomobildən tapança aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.