Özü 140 minlik maşında, əri isə metroda

17 Aprel 2014 16:51 (UTC+04:00)

"Onun belə şeylərdən başı çıxmır" 


Şairə Nazilə Səfərli özünə 140 min manata avtomobil alıb. 


AzNews.az xəbər verir ki, bu barədə N. Səfərli televiziya kanallarının birində yayımlanan verilişdə danışıb: "O maşını əziyyətimlə almışam. Dünən gecə 12-də toydan gəlmişəm. Bir saat ayağımı suya qoydum ki, ağrısı çəkilsin. Amma yoldaşımın maşını yoxdur. İşə metroyla gedib-gəlir. O, elə oğlandır ki, mənim pulumla özünə maşın almağa razı olmaz". 


Şairə həmçinin bildirib ki, avtomobil alarkən həyat yoldaşı ilə müzakirə etməyib: "Hansı markalı maşın alacağımla bağlı məsləhətləşmədim. Çünki onun belə şeylərdən başı çıxmır".