Azərbaycanda xəstəxana qarşısında yeni doğulmuş körpə meyidi tapıldı
19 Aprel 2014 18:04 (UTC+04:00)
Qaxda xəstəxananın həyətində yeni doğulmuş körpə
meyidi tapılıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata
görə, Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində tapılan yeni
doğulmuş körəpənin kim tərəfindən ora atıldığı hələlik məlum
deyil.
Qax Rayon Polis Şöbəsindən isə bildirilib ki, yeni
doğulmuş körpə uşaq hazırda tibbi müayinədən keçirilir. Ehtimal
olunur ki, uşaq vaxtından əvvəl doğulub.
Hüquq mühafizə orqanları körpənin ölümü ilə bağlı
faktın hazırda araşdırıldığını bildiriblər.