"Khazar İslands"da bir sıra obyektlərin açılışı olacaq

21 Aprel 2014 11:19 (UTC+04:00)

Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri olan "Khazar İslands"da tikinti işlərinin birinci mərhələsinin may ayında yekunlaşdırılması nəzərdə tutulur.


Movqe.az xəbər verir ki, bu barədə AzərTAc-a layihəni həyata keçirən "Avesta" konsernindən bildirmişlər.


Qeyd olunmuşdur ki, layihə üzrə işlərin birinci hissəsinin tamamlanması və bir sıra obyektlərin açılışı mayın 28-də baş tutacaq, orada çimərliklər, restoran, körpü və yollar tam təmir edilərək istifadəyə veriləcək.


Bundan əlavə, yeni tikilən şəhərdə 4 kilometr uzunluğunda bulvar, eləcə də hər biri 5 hektar olan 2 park istismara veriləcək.