İmtahanlarının nəticələri açıqlanıb

24 Aprel 2014 19:45 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 6-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən növbəti sınaq imtahanlarının nəticələrini açıqlayıb.

Movqe.az-ın xəbərinə görə, sınaq imtahanları respublikanın 24 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49066 qeydiyyatdan keçib.Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.