"Barselona"nın sabiq məşqçisi ölüm ayağında

25 Aprel 2014 12:27 (UTC+04:00)

"Barselona"nın keçmiş çalışdırıcı Tito Vilanovanın səhhəti pisləşib. 

Movqe.az-ın  qol.az-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis mədəsində ağrılar hiss etdiyi üçün xəstəxanaya aparılıb. Əməliyyat olunan Vilanovanın durumunun ağır olduğu bildirilir. Hazırda reanimasiyada olan məşqçinin həyati təhlükəsi davam edir. 


Qeyd edək ki, T.Vilanova xərçəng xəstəliyindən iki ildir müalicə olunur. O, "Barsa"dan məhz xəstəliyi səbəbindən ayrılmışdı.