ANS-in aparıcısı burnunu əməliyyat etdirdi

25 Aprel 2014 13:26 (UTC+04:00)

ANS telekanalında yayımlanan "Şoubiz" verilişinin aparıcısı Xanım Yadigarlının bir müddətdir efirdə görünməməyi diqqət çəkib. 


Hətta aparıcının telekanaldan çıxdığı ilə bağlı xəbər də yayılıb.  


Bu məsələyə aydınlıq gətirmək üçün Axşam.az-ın əməkdaşı Xanımla əlaqə saxlayıb.

 

Əməkdaşımızın suallarını cavablandıran aparıcı "ANS-dən çıxmamışam, oradakı fəaliyyətim davam edir. Sadəcə burnumu əməliyyat etdirmişəm. Buna görə də efirə  bir qədər fasilə verdim. Bir həftədən sonra yenidən verilişə qayıdacam" deyərək efirdə görünməməyinin səbəbini açıqlayıb.