Şəhərə palçıq yağdı

27 Aprel 2014 11:21 (UTC+04:00)
Yunanıstanın paytaxtı Afinada nadir təbiət hadisəsi baş verib. Movqe.az xezerxeber-ə istinadən xəbər verir ki , günorta saatlarında şəhərə palçıq yağıb. Yerli sakinlər vəziyyətlə əlaqədar çaşqınlıqlarını gizlətməyiblər. Bəzi sakinlər ilk dəfədir ki, palçıq yağışı gördüyünü bildirib.

"Bu, yağış deyildi. Palçıq idi" - deyə Afina sakinlərindən biri qeyd edib.

Yağıntı zamanı bir neçə saat ərzində avtomobillərin üzəri tamamilə palçıq olub.

Meteoroloqlar belə təbiət hadisəsinin ilk olmadığını və yağışın sabaha qədər davam edəcəyini proqnozlaşdırıblar. Həmçinin paytaxt ərazisində temperaturun 20 dərəcəyə qədər aşağı düşəcəyi gözlənilir.