Baş redaktorun yandırılması ilə bağlı açıqlama
27 Aprel 2014 14:06 (UTC+04:00)
Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan
birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və
tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi
sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar
konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Movqe.az
axar.az-a istinadən xəbər verir ki , Fövqəladə Hallar Nazirliyindən
verilən məlumata görə, yanğınsöndürənlər yanğın yerinin kəşfiyyatı
zamanı 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanovun cəsədini
aşkar ediblər. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar
müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Qeyd edək ki, Sadiq
Arazxan oğlu Soltanov "Mizan Tərəzi" qəzetinin baş redaktoru kimi
təqdim olunub və bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama
şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi.