Bakı bu xəbərdən danışır

27 Aprel 2014 16:01 (UTC+04:00)

Bakıda adı açıqlanmayan gənc oğlan 60 yaşlı qadını evlənmək məqsədilə qaçırıb.

Movqe.az Vesti.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini polisə müraciət edərək 60 yaşlı bacısının evlənmək məqsədilə qaçırıldığını deyib. 

Aparılan araşdırmalar zamanı fakt təsdiqlənib. 

Qadını qaçıran gənc oğlan bu addımı yaşlı insana olan sevgi hissi ilə əsaslandırıb və qaçırdığı qadınla evlənmək istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.