Millət vəkili Bakıda yarış keçirir

28 Aprel 2014 00:00 (UTC+04:00)
Bu gün Bakıda Azərbaycan Kikboksinq üzrə beynəlxalq turnir öz işinə başlayacaq. Movqe.az axar.az-a istinadən xəbər verir ki , bu barədə məlumatı Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov bildirib. Onun sözlərinə görə,yarış Kikboskinqin K-1 versiyasiyası üzrə Fihht-vision 3 peşəkarlar arasında keçirilir. Ümumilikdə 11 döyüş üzrə keçirilkəcək turnirə Azərbaycan, Almaniya, Hollandiya, Gürcastandan 22 idmançı qatılacaq. Yarışda ölkəmizin idman şərəfini kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamızın üzvləri qoruyacaq. Təmsilçilərimiz arasında Zöhrab Əzimov, Vüsal Abbsov, Edvard Məmmədov, Xəyal Əhmədov, Sərxan Oruclu, Azər Abbasov, Araz Pirməmmədov, Təbriz Balaxanov, Vabid Astapuk və digər idmançılarımız da yer alır. Yarışda döyüşəcək ən gənc idmaçımız Niçat Nəcəfzadə -38 kq, xanım idmaçımız isə Şəhla Allahverdiyeva da var. Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevdir.