Elzanın yenicə barışdığı xalq artisti onu saymadı, dəvətini yerə saldı

28 Aprel 2014 12:34 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan  keçən həftə  oğlu Əkbəri ikinci dəfə evləndirdi. Mövqe.az xəbər verir ki, bəh-bəhlə oğluna toy edən ifaçı xalq artisti İlhamə Quliyevanı da oğlunun toyuna çağırıb. Ancaq Elza Seyidcahanın dəvətini "Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyeva yerə salıb və toya təşrif buyurmayıb. 


Qeyd edək ki, İlhamə Quliyeva və  Elza Seyidcahan yenicə barışıblar. Əslindəsə tərəflər arasında soyuq münasibətin hələ də davam etdiyi deyilir.