Rəqsanə yenə hamilədir?

28 Aprel 2014 19:00 (UTC+04:00)

Movqe.az show.az-a istinadən xəbər verir ki, bir müddət öncə Rusiyada yaşayan azərbaycanlı iş adamı ilə ailə quran müğənni Rəqsanə İsmayılova sosial şəbəkədəki paylaşmaları ilə diqqət çəkib. 


Belə ki, müğənni şəxsi səhifəsində hamilə qadın şəkilləri paylaşaraq "gəlir ey gəlir" sözlərini yazıb.


Xatırladaq ki, müğənni bir müddət öncə "yenidən ana olmaq istəyərsinizmi?" sualına belə cavab vermişdi:

"Əgər müğənni olmasaydım, indi yəqin ki mənim 5 uşağım var idi. Çox uşaq sevənəm. İstəyirəm ki, çoxlu uşaqlarım olsun. Hazırda iki qızım var. İndiki həyat yoldaşımdan da uşaq dünayaya gətirmək istəyirəm".