Bələdiyyə başçısı vuruldu

29 Aprel 2014 11:50 (UTC+04:00)
Rusiya tərəfdarı etirazların davam etdiyi Ukraynanın şərqində, ölkənin ən böyük ikinci şəhəri Xarkovun Bələdiyyə Başçısı Hennadiy Kernes silahlı hücuma məruz qalıb.

 Movqe.Az xəbər verir ki, eyni zamanda məşhur iş adamı olan Kernesin  şəxsiyyəti naməlum bir şəxs tərəfindən kürəyindən vurulduğu və ağır yaralandığı bildirilir. Keçmiş prezident Viktor Yanukoviçin keçmiş dəstəkçisi olan Kernes, son zamanlarda birləşmiş bir Ukraynanı müdafiə etdiyini söyləyirdi. Bu vaxt Kostyantnivka şəhərinin yerli idarə binası da dünən Rusiya tərəfdarı qruplar tərəfindən ələ keçirilib.