Bakının "Sovetski" məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1050 nəfərə çatıb.
Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Komissiyanın sədri Səməd İslamov söyləyib.
S. İslamov deyib ki, 737 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 701 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.
Komissiya sədri söküntü ərazisinə düşən 2950 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 60 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.