Bir müddət öncə Space televiziyasından uzaqlaşan əməkdar artist, aktyor Əkbər Əlizadə yenidən keçmiş iş yerinə qayıdıb. Bu barədə AzNews.az-a açıqlama verən aktyor bildirib ki, sabah onun ilk iş günü olacaq:
"Hər şənbə günlər Space televiziyasının efirində qeyd olunan sənətkar ad günlərinin, benefis və yaradıcılıq gecələrinin aparıcısı olacağam. Bu şənbə sevimli aktrisamız, xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdur. Həmin verilişə mayın 3-də, səhər saat 8-dən etibarən baxa bilərsiniz".