Bakıda avtoyuyucudan qaçırılan maşınla qəza törədildi
3 May 2014 10:00 (UTC+04:00)
Bakının Yasamal rayonu Şərifzadə küçəsi 10
ünvanında sürücü özünə məxsus olmayan avtomobillə yol qəzası
törədib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
adı məlum olmayan sürücü "Mercedes" markalı avtomobillə üzü
İnşaatçılar metrosu istiqamətində hərəkətdə olub. Yüksət sürətlə
idarə olunan avtomaşın sürücünün idarətməsindən çıxıb. Nəticədə
"Mercedes" yol kənarında dayanan "Mitsubishi" maraklı digər
nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki
avtomobil yararsız hala düşüb.
"Mercedes"in sürücüsü isə hadisə yerindən
uzaqlaşıb.
Şahidlərin sözlərinə görə qəzanı törədən sürücü
idarə etdiyi avtomobili maşınyuma məntəqəsindən
qaçırıbmış.
Faktla bağlı isə araşdırmalara başlanılıb. Polis
maşını qaçıran şəxsin axtarışı ilə məşğuldur.