Dənizkənarı Milli Parkda artıq çoxdandır ki,
sözügedən trenajorlar bu gün insanların istifadəsinə
verilib.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki ,
bununla bağlı tədbir də təşkil edilib. Paraolimpiyaçılar, milli
olimpiya komitəsi və Dəniz Kənarı bulvar idarəsinin əməkdaşları da
bulvara gəlib.
.Sağlamlıq meydançası adı
verilən bu yerdə 15 trenajor aləti vasitəsilə həm də fiziki
imkanları məhdud olan insanlar da idmanla məşğul ola biləcək. Onlar
üçün keçidlərdə, meydançaya girişdə xüsusi yollar da yaradılıb.
Bundan başqa 12 yaşdan yuxarı bütün şəxslər bu alətlər vasitəsilə
sağlamlıqlarını möhkəmləndirə bilərlər. Bütün bu işlərin
görülməsində Milli Olimpiya Komitəsinin danılmaz rolu
olub.
Sonda paytaxt sakinləri ilk olaraq özlərini bu
trenajor alətlərində sınayıb