ABŞ Səfirliyi: Amerika höküməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır

3 May 2014 13:00 (UTC+04:00)

Amerika höküməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır. Movqe.az xəbər verir ki , bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfirliyin məlumatında qeyd olunub ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.

Səfirlik rəsmi Bakının amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsinə dair bəyanatına münasibət bildirkən qeyd edib: "ABŞ höküməti Xarici İşlər nazirinin müavini Araz Əzimovun səsləndirdiyi fikirlər ilə razı deyil".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Azərbaycan amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsini qaldıra bilər.