Bakıda ruhi xəstə 6-cı mərtəbədən yıxılaraq öldü

3 May 2014 16:59 (UTC+04:00)
Bakıda ruhi xəstə faciəli şəkildə ölüb.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə mayın 2-də Yasamal rayonu D.Bünyadzadə küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binalarından birində yaşayan, ruhi xəstə Narın Hüseynova yaşadığı evin eyvanından (6-cı mərtəbə) yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.