Gəncədə məcburi köçkün həmyerlisi tərəfindən bıçaqlanıb
4 May 2014 14:09 (UTC+04:00)
Gəncədə Kəlbəcərdən olan məcburi köçkün həmyerlisi
tərəfindən bıçaqlanıb.
Movqe.az xəbər verir ki , hadisə Gəncə şəhərində
məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdən birində baş verib.
Kəlbəcər rayonundan məcbur köçkün olan 22 yaşlı Elyəddin Ələsov
bıçaqlanıb. Elyəddin Ələsovu dərhal yaxınları Gəncə şəhər Təcili
Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə
yerləşdirib.
Əməliyyat olunan Elyəddin Ələsovun vəziyyəti ağır
olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının
sözlərinə görə, Elyəddin Ələsov öz yerlisi tərəfindən bıçaqlanıb və
hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.