Nazirlikdən yeni qərar
4 May 2014 19:04 (UTC+04:00)
"Polis əməkdaşının maddi və sosial təminatları ilə
bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin mövcud qərarında dəyişiklik
edilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
yeni qərarda qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına
xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə
və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və
qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN
xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla)
sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq
məqsədi ilə xüsusi hesaba köçürülür.