Azərbaycanın paytaxtı Bakıda çəkilmiş "Ekoloji
missiya" adlı videoçarx son günlərin ən çox müzakirə obyektinə
çevrilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
sosial xarakterli videoçarx elə sosial şəbəkələrdə böyük rezonans
yaradıb. "Ekoloji missiya" sosial şəbəkələrdə ən çox bəyənilən və
paylaşılan videoçarx oldu. Virtual həyatda məşhurlaşan bu
videoçarxın real həyatda təsirini, daha doğrusu nəticəsini görmək
üçün isə zamana ehtiyacımız var.
Videorolikin quruluşçu rejissor Orxan Bayramov,
ssenari müəllifi Elmar Bayramov, operatoru Soltan
Abdullayevdir.
"Azerbaijan Capoeira Federation"nun sifarişi ilə
çəkilmiş sosial videoçarx "Sport Service Comkany" şirkəti
tərəfindən maliyələşib. Video "World Capoeira Federation"nun (WCF)
Youtube kanalında paylaşılıb.