"Prezidentliyə namizədimiz Rəcəb Tayyib Ərdoğan olacaq”
4 May 2014 23:40 (UTC+04:00)
"Prezidentliyə namizədimizin yüz faiz Rəcəb Tayyib
Ərdoğan olduğunu bilir və buna inanırıq.
Movqe.az APA-ya istinadən xəbər verir ki , bu
məsələ ilə bağlı fərqli fikir söyləyən bir neçə nəfər ola bilər,
onların da özlərinə görə mülahizələri var. Amma bu vəzifəyə 12 il
sonra yüz faiz haqqı çatan, başımızı göylərə dəydirəcək qədər böyük
uğurların sahibi olan bir insanın artıq Türkiyədə ilk dəfə xalqın
səsiylə seçilən Prezident olmasını hamımız arzu
edirik".
Bunu bu gün Türkiyə baş nazirinin müavini Bülənt
Arınc ölkəsində prezident seçkilərində hakim Ədalət və İnkişaf
Partiyasının (AKP) namizədinin kim olacağı ilə bağlı danışarkən
deyib.
Arınc bildirib ki, "media da, xalq da bilir ki,
AKP-nin namizədi kim olsa, o da prezident seçiləcək": "Bu məsələdə
heç bir tərəddüd və narahatlıq yoxdur".
Müxalifət partiyalarının üzvlərindən də səs
alacaqlarını deyən B. Arınc bildirib ki, onun təxminlərinə görə,
MHP elektoratının üçdə biri, CHP elektoratının isə 20 faizi
prezident seçkilərində AKP-nin namizədini dəstəkləyəcək.