Bakıda qadın özünü dənizə atdı

5 May 2014 00:06 (UTC+04:00)
Bakıda bir qadın özünü dənizə atıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 750 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.