Tanınmış rəqqasə Sevda Sanəliyeva ailə həyatı qurmasa da, sən demə övlad sahibi olub. Mövqe.az xəbər verir ki, bu barədə "Öz aramızda" verlişində etiraf edən müğənni övladını 6 aylıq olduğu zaman itirdiyini də açıqlayıb: "Övlad itkisi qadının başına gələ biləcək ən pis şeydi. Bu hadisə 3-4 il bundan qabaq olub. Bilirəm ki, bir ana üçün hələ dünyaya gəlməyən övladını itirmək nə deməkdi. Amma bu haqqda heç yerdə danışmamışam. Övladım 6 aylığında tələf oldu. Ondan sonra depressiya yaşadım. Səhnədən getdim. Hər dəfə geri qayıtmağa çalışırdım, amma alınmırdı".
Xatırladaq ki, həyatındakı uğursuzluğa baxmayaraq, Sevda Sanaliyeva ailə həyatı qurmağa hazırlaşır.