Coca -Cola , istifadəsi müzakirəyə yaradan qatqı maddəsi olan "BVO"nu ( Bromlu Bitki mənşəli Yağ ) içkilərindən çıxartmağa hazırlaşır .
Şirkət qərarı , internet vasitəsilə edilən mza kampaniyasından sonra üzərinə götürüb.
BVO , Coca -Colanın Fanta və Powerade kimi meyvəli içkiləri və idman məhsullarında da var.
Coca -Cola , BVO yerinə bu qatqı maddəsinin funksiyasını görməsi üçün başqa bir maddə istifadə edəcək.
ABŞ-dakı "Mayo Clinic" araşdırmaçılarına görə BVO ehtiva edən məhsulların həddindən artıq dərəcədə istifadə edilməsi; yaddaş itkisi , dəri problemləri və sinir problemləri kimi sağlamlıq üzərində mənfi təsirlərə səbəb ola bilir.
Movqe.Az xəbər verir ki, Yaponiya və Avropa Birliyində BVO-un qida qatqı maddəsi olaraq istifadə edilməsi qadağandır.
"BVO"un istifadə edilməsinə qarşı kampaniya ABŞ-ın Missisipi ştatında yaşayan Sarah Kavanagh adlı 17 yaşındakı bir gənc tərəfindən başladılmışdı.
"Change.org"dakı imza kampaniyasını on minlərlə insan imzalamışdı.
.