Kleopatranın göz makiyajının sirri

7 May 2014 00:20 (UTC+04:00)

Kleopatra kimi qədimi misirlilərin üstünlük verdiyi qalın göz makiyajının həm estetik, həm də tibbi xeyirləri ola bilərdi. Bu nəticəyə fransalı alimlər gəliblər.

Analytical Chemistry dərgisində dərc olunan araşdırma işində deyilir ki, belə makiyaj göz xəstəliklərinin qarşısını ala bilərdi.

Deyilənə görə, həmin dövrdə makiyajda istifadə edilən duzun böyük xeyri olub.


Aşağı səviyyədə olan duzlardan nitrik oksid maddəsi əmələ gəlir. Bu isə immun sistemini möhkəmləndirir və gözdə infeksiyaya gətirən bakteriya ilə mübarizə aparmağa yardım edə bilər.


Qədimi misirlilərin istifadə etdiyi makiyajı hazırlamaq bəzən bir ay çəkərdi. Bu makiyaj gözləri qaraltmaqdan ibarət idi.

Nəzəri cəhətdən belə makiyajda qurğuşun olduğundan bu, səhhət üçün təhlükə təşkil edə bilərdi.

Amma Luovre Muzeyinin alimlərinin analizi göstərib ki, aşağı səviyyədə qurğuşunun müsbət təsiri ola bilər.


Aparıcı təhlilçi Philippe Walter deyib: " Bizə məlumdur ki, yunanlarla romalılar makiyajın tibbi imkanlarından agah idilər. Amma biz bunun səbəblərini dəqiqləşdirmək istəyirdik."


Alimlər kiçik miqdarda elektroddan istifadə edərək misirlilərin makiyajda istifadə etdiyi qurğuşun xloridin hüceyrəyə təsirini öyrənməyə çalışıblar.