Naziri lüt soyundurub, diz çökdürdülər
8 May 2014 17:29 (UTC+04:00)
Dünən Ukraynanın güc strukturlarının nümayəndələri
qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor
Kakidzyanovu tutublar.
Ukraynanın daxili işlər nazirinin müşaviri Anton
Qreşenko deyib ki, Kakidzyanov Manquş qəsəbəsi yaxınlığında "Azov"
xüsusi təyinatlı milis dəstəsindinin olduğu avtobusa hücum edərkən
yaxalanıb.
Xüsusi təyinatlı "Azov" batalyonu Mariopl
şəhərindən Berdyanska tərəf hərəkət edərkən, onlara hücum edən
separatçıların dəstəsi ilə aralarında 1 saata qədər döyüş gedib.
Ukrayma DİN-in səlahiyyətlisi deyib ki, separatçılar xüsusi
təyinatlılara pulemyot və Kalaşnikov avtomatlarından dayanmadan
atəş açıblar.
Ukrayna tərəfin avtobus sürücüsü yaralanıb.
Ukrayna xüsusi təyinatlılarına hücum edən iki nəfər əsir götürülüb,
əsir götürülənlərdən biri "Donetsk Xalq Respublikası"nın müdafiə
naziri Kakidzyanovdur. "Azov" xüsusi təyinatlı milis dəstəsinin
döyüşçüləri isə, nazirlik tərəfindən mükafata təqdim
ediliblər.
Ukraynanın Padikal Partiyasının lideri,
prezidentliyə namizəd Oleq Lyaşko deyib ki, tanınmamış "Donetsk
Xalq Respublikası"ının müdafiə nazirini yalnız Viktor Yanukoviçə
dəyişə bilərlər.
ans