Gül bayramında hava necə olacaq?
10 May 2014 10:12 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 11-16°, gündüz 25-29° isti, Bakıda gecə 14-16°,
gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə
sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 11-16°, gündüz 27-32°, bəzi
yerlərdə 34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı
var. Səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 7-12°, gündüz 20-25° isti
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və
Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı
var. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 11-16°,
gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və
Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı
ehtimalı vardır. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun
gecə 11-16°, gündüz 23-28° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun
gecə 13-18°, gündüz 27-32°, bəzi yerlərdə 34° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman
olacaq. Temperaturun gecə 13-16°, gündüz 25-30° isti, dağlarda gecə
8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.