Dünən axşam saatlarında Siyəzən şəhəri, Səməd Vurğun küçəsi 27 ünvanında dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Milli.Az RTV-yə istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Məmmədova Aynurə Kamil qızı mətbəxdə yemək bişirərkən dəm qazından zəhərlənib. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. Hazırda fakt araşdırılır.