Mikayıl Cabbarovdan daha bir təyinat-Özəl

12 May 2014 16:53 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbarov daha bir internat məktəbinə yeni təyinat edib. Movqe.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 43 A ünvanında yerləşən,  keçmiş 11 nömrəli xüsusi internat məktəbi, hazırkı 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə Gülnarə Abdullayevanın direktorluğu təsdiqlənib. Qeyd edək ki, bu internat məktəbinin keçmiş direktoru  Mehparə Cəfərova oub. Gülnarə Abdullayeva Movqe.az-a açıqlamasında bir neçə ay bundan əvvəl  internat məktəbinə direktor təyin olunduğunu söyləyib.