Həkimlər kurslara cəlb olundu

13 May 2014 19:24 (UTC+04:00)

İnfeksion xəstəliklər və səhiyyə menecmenti üzrə kurslar təşkil olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professor və dosent heyəti ölkəmizdə 12.05.2014-cü il tarixindən etibarən infeksion xəstəliklər və səhiyyə menecmenti (səhiyyənin idarə olunması) üzrə kurslara başlayıblar. Azərbaycan Dövlət Həkimləri təkmilləşdirilməsi İnstitutunda keçirilən kurslara Bakı və bölgələrdə çalışan mütəxəssislər cəlb edilib.