562 nəfər işçi ilə işəgötürən arasında əmək münasibətləri leqallaşdırılıb

14 May 2014 12:36 (UTC+04:00)

Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 28 kollektiv müqavilə bağlanılıb. Ümumilikdə 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunub. Bu məbləğin 9 129 manatını əmək haqları, 612 manatını zərərə görə ödənclər, 1 205 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.