Zabitlərimiz NATO zabitləri ilə görüşdülər

14 May 2014 22:15 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir.


Görüşdə ekspertlər tərəfindən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələləri müzakirə edilib. Tədbir mayın 15-də başa çatacaq.